Parlament sədrini dəfnə buraxmadılar
Polşa parlament sədrini öldürülən müxalifət liderinin dəfninə buraxmayıblar.
ANS PRESS-in məlumatına görə, Polşa parlamentinin yuxarı palatasının spikeri Boqdan Boriseviçi Rusiyada öldürülən müxalifət lideri Boris Nemtsovun dəfnində iştirak etməyə qoymayıblar.
Polşalı spiker rus tərəfinin bu addımını başa düşmədiyini və Rusiya hakimiyyətinin qərarına təəccübləndiyini bəyan edib.
“Mən dəfn mərasimində iştirak etməklə rus xalqına olan ehtiramımı göstərmək istəyirdim”, - deyə Boriseviç bildirib.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı "Ford Mondeo" və "Kia-Rio" maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib.
Mənbə:> ANSPRESS