Akif Əli “Facebook”dan getdi
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli özünün "Facebook" profilini bağlayıb.
AzNews.info Modern.az-a istinadən xəbər verir ki, A.Əlinin "Facebook"dan getməsinə bir neçə gün öncə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlərdən sonra sosial şəbəkədə təhqirlərə məruz qalması səbəb olub.
Qeyd edək ki, Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsinə görə ciddi qınağa tuş gələn Akif Əli sonradan üzr istəsə də, o, sosial şəbəkədə elə öz səfəsində təhqir dolu şərhlərə tuş gəldi. Bunran sonra "Facebook"dakı aktivliyini sonlandıran hökumət sözçüsü ardınca profilini də bağladı.
Mənbə:> Modern.az