Kubada 16 ABŞ diplomatı xəsarət aldı
Kubada baş vermiş insidentlər nəticəsində ABŞ səfirliyinin 16 əməkdaşı xəsarət alıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
Dövlət Departamenti hesab edir ki, ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşı xüsusi cihazların vasitəsilə “akustik hücuma” məruz qalıb.
“CBS News” telekanalı məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanaraq, ABŞ və Kanadanın bir neçə diplomatına “yüngül kəllə-beyin travması” diaqnozu qoyulduğunu qeyd edib.
İnsidentlərin təfərrüatları açıqlanmır.
Mənbə:> APA