Rus dili Ermənistanın rəsmi dili elan oluna bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rus dili Ermənistanın rəsmi dili elan oluna bilər –SPİKER TƏKLİF ETDİ

Rus dili Ermənistanın rəsmi dili elan oluna bilər

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.

"Report" xəbər verir ki, onun sözlərinə görə, bu, milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək.

2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanun qüvvəyə minib.

"Yalnız onu deyə bilərəm ki, rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edin, ancaq o zaman qanun norması Ermənistan Respublikasını da əhatə edəcək", - V.Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *