Türkiyə Qətəri dəstəklədi
Rəsmi Ankara Qətər ətrafında yaranmış beynəlxalq qalmaqala baxmayaraq, bu ölkədə hərbi iştirakını saxlayacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.
“Türkiyənin Qətərdəki hərbi bazası yalnız bu ölkənin deyil, bütün regionun təhlükəsizlik məsələsidir. Türkiyə Qətərdə hərbi iştirakını saxlayacaq. Bunu siyasi böhranla əlaqələndirmək ciddi səhvdir”, - Kurtulmuş Ankarada mətbuat konfransında bildirib.
O əlavə edib ki, “Qətər böhranı dərin kökə malik deyil və süni yaradılıb”, ərəb ölkələrinin 13 tələbi isə müstəqil dövlət üçün qəbuledilməzdir.
Mənbə:> Oxu.Az