Deputat: Mehriban Əliyevanın bu addımı bütün cəmiyyətə mesajdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Deputat: Mehriban Əliyevanın bu addımı bütün cəmiyyətə mesajdır

Deputat: Mehriban Əliyevanın bu addımı bütün cəmiyyətə mesajdır


Milli Məclisinin deputatı, Parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşləri şəhidinin banka olan borcunun bağlanılması addımını təqdir edib.

AzNews.info-nun məlumatına görə, H.Rəcəbli “Ölkə.Az”-a açıqlamasında deyib ki, Mehriban Əliyevanın bu cür addımı bütün cəmiyyətə mesajdır:

“Mehriban xanımın bu addımı bütün cəmiyyətə, millətə və xalqa bir mesajdır ki, bütün imkanlı və vəzifəli adamlar şəhid ailələrinə və Qarabağ əlillərinə diqqət və qayğı göstərməlidir. Mehriban Əliyevanın atdığı bu addım da həmin siyasətin bir təzahürüdür. Ona görə də düşünürəm ki, Mehriban xanım Azərbaycanın xeyirxahlıq və mərhəmət rəmzidir. Onun atdığı addımlar bütün Azərbaycan xalqına və camaatına hörmətdir”.

Komitə sədri bildirib ki, hazırda Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 40 nəfər aprel döyüşçülərinin ailə üzvləri Lənkəranda dincəlirlər:

“Bu da Yeni Azərbaycan Partiyası rəhbərliyinin bu istiqamətdə atdığı böyük addımlardan biridir. Yəni, hakim partiya öz Aparatının işçilərinə deyil, məhz aprel döyüşləri iştirakçılarının ailə üzvləri üçün bu cür şərait yaradıb. Bütün bunlar məmurlara və imkanlı adamlara bir çağırışdır ki, şəhid ailələrinə və Qarabağ əlillərinə daim diqqət və qayğı göstərilsin”.

Xatırladaq ki, “Para” BOKT ASC aprel döyüşləri şəhidi Xaliq Əzizzadənin kredit borcunu bağlayıb.

Bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib.

Q.Paşayeva qeyd edir ki, “Para” BOKT ASC- yə və idarə heyətinin sədri Vəli Quliyevə təşəkkürlər:

“Şəhid qardaşımız Xaliq bəyin ailəsinin banka borclarını bağışladılar və bununla bağlı sənədləri şəhidimizin valideynlərinə verdilər. Eyni zamanda ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirik. Mehriban xanımın köməkçisi Anar Ələkbərov zəng edib şəhidimizin anası ilə danışdı və dedi ki, şəhid ailələri Mehriban xanımın xüsusi diqqətindədir. Ailənin qayğıları ilə maraqlanıb, hər zaman yanınızdayıq dedilər”.

Onu da bildirək ki, “Para” BOKT ASC-nin təxminən 100 min manat kredit borcuna görə aprel şəhidini məhkəməyə verdiyi bildirilirdi.

Mənbə: Ölkə.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Replica horloges zijn ongetwijfeld wel de mooiste horloges in de wereld op dit moment. Ze houden buitengewoon effectief logo's, rolex replica horloges sprankelend en creatief. Het is de heetste shows op de kracht van zijn belangrijkste creaties. De replica horloge goedkoop zijn niet duur shows modieus. Het is een van de best uitziende horloges. Replica horloges niet alleen motiveren uw methodes, maar geven je ook een groot vertrouwen, replica horloges ontspanning en opluchting voor lang. Nog belangrijker, ze zijn erg populair horloges voor mannen en vrouwen, omdat ze niet alleen je een enorme respect te geven voor zichzelf, maar ook onmiddellijk verminderen uw ellendige gevoelens.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *