Bakıda səfirlik əməkdaşı qəzaya düşüb
Bakıda səfirlik avtomobili qəzaya uğrayıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.
Malayziyanın Azərbaycandakı səfirliyinin katibi Raca Xanizaminin idarə etdiyi “Mercedes” markalı, 066 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Rövşən Salahovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA