Almaniyalı deputatlar Türkiyəyə səfərdən imtina etdilər
Almaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə səfərdən imtina edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Bundestaqın vitse-prezidenti Klaudia Rot və daha üç deputatın Ankara, Diyarbəkir və İstanbula səfəri nəzərdə tutulmuşdu.
Dörd günlük səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin siyasi inkişafını və Avropa Birliyi ilə münasibətini, eləcədə referendum və onun nəticələrini müzakirə etməyə planlaşdırmışdı.
Səfər zamanı Türkiyə XİN nümayəndələri, parlament rəhbərliyi və deputatlarla görüşlər də nəzərdə tutulmuşdu.
Səfərin ləğv olunmasının səbəbləri hələlik məlum deyil.
Mənbə:> Oxu.Az