Hüsnü Mübarək azadlıqda
Misirin sabiq prezidenti Hüsnü Mübarək azadlığa çıxıb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu barəjə Misirin “Al Youm Al Sabe” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Misir Baş Prokurorluğu martın 13-də Kassasiya Məhkəməsinin H. Mübarəkin azadlığa çıxması barədə qərarını bəyənib.
Məhkəmə sabiq prezidentin nümayişçilərin ölümündə günahının olmadığı barədə qərar verib.
Xatırladaq ki, H. Mübarək, iki oğlu, dövrün daxili işlər naziri Həbib əl-Adili və onun altı köməkçisi 2011-ci ilin yanvar ayında hökumətə qarşı aksiya keçirənləri öldürmək əmri verməkdə ittiham olunurdu. Həmin aksiyalar zamanı 1400-dən çox insan həlak olub.
Mənbə:> APA