Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru ola bilər
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi verilib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın təşkilat yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov bildirib.
Namizədlik rəsmi şəkildə baxılması üçün Azərbaycan tərəfindən təşkilatın İcrayyə Komitəsinə təqdim edilib.
Seçkilər bu ilin payızında keçiriləcək.
Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır.
O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.
Mənbə:> APA