Şəhidin son sözləri: Ata, mənə 15 manat pul göndərərsən » AzNews.info -Xəbər portalı

Şəhidin son sözləri: Ata, mənə 15 manat pul göndərərsən

Şəhidin son sözləri: Ata, mənə 15 manat pul göndərərsən


Şəhid Elvin Əhmədov ölümündən bir əvvəl günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb.

AzNews.info-nun azvision.az-a istinadən verdiyi məlumata görə, bu barədə şəhidin yaxınları məlumat verib.

Şəhidin qohumlarının sözlərinə görə, Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı.

“O, çox ağıllı, səmimi, tərbiyəli gənc idi. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq”, - deyə şəhidin yaxınları söyləyib.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *