Türkiyə parlamenti prezident üsul-idarəsi ilə bağlı dəyişiklikləri qəbul edib
Türkiyə parlamenti prezident üsul-idarəsi haqqında dəyişiklikləri bəyənib.
AzNews.info Report-a xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, səsvermə yanvarın 21-də baş tutub. Parlamentin deputatları Konstitusiyaya prezident üsul-idarəsinin tətbiqi ilə bağlı olan dəyişikliklərdən ibarət qanun layihəsini dəstəkləyiblər.
İclasda iştirak edən 488 deputatdan 339-u düzəlişlərin lehinə səs verib. AKP-dən olan deputatlar bunu ayaqüstə alqışlayıblar.
Səsvermədən sonra çıxış edən baş nazir Binəli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı “Artıq qərar millətimizindir. Millətin verdiyi qərar başımız, gözümüz üzərindədir”, - deyib.
Mənbə:> Report