Ermənistan parlamenti “DQR”in tanınmasını müzakirə etməyəcək
Ermənistan parlamenti mayın 16-da müxalifət deputatları Zarui Postancyan və Qrant Baqratyanın Azərbaycanın işğal edilmiş ərazisində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qanun layihəsini plenar iclasların gündəminə daxil etməyib.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, 12 deputat “lehinə” səs verdiyi halda, qalan deputatlar qanun layihəsinin gündəmə daxil edilməsi üzrə səsvermədə sadəcə iştirak etməyiblər.
Mənbə:> Oxu.Az