Terrorçu Türkiyə polisi qarşısında şərt qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

Terrorçu Türkiyə polisi qarşısında şərt qoydu

Terrorçu Türkiyə polisi qarşısında şərt qoydu


Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli Əbdülqədir Maşaripovun İstanbul Terrorla və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsində sorğusu davam edir.

AzNews.info-nun Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, polis Maşaripovun dörd yaş beş aylıq oğlunu özləri ilə aparan üç terrorçunu tapmaq üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

İlkin məlumatlara görə, 39 nəfərin qatili polislərdən tez-tez oğlunu soruşur və o, uşağı tapıldığı halda hər şeyi danışacağını söyləyib.

Qeyd edək ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə.Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan birinin qırğız əsilli kişi, digər üçünün qadın olduğu bildirilir.

Ə.Maşaripovun iki il ərzində Əfqanıstan və Pakistanda təlim gördüyü, türk, özbək, rus, ərəb və çin dillərini bildiyi deyilir.

Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər isə yaralanıb.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *