Hitlerin “Mayn Kampf” kitabı Almaniyada bestseller oldu » AzNews.info -Xəbər portalı

Hitlerin “Mayn Kampf” kitabı Almaniyada bestseller oldu

Hitlerin “Mayn Kampf” kitabı Almaniyada bestseller oldu

Adolf Hitlerin “Mayn Kampf” (“Mənim mübarizəm”) kitabının Münhen Müasir Tarix İnstitutu tərəfindən tənqidi şərhlərlə dərc olunmuş yeni nəşri 2016-cı ildə Almaniyada satış hitinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti məlumat yayıb.

İnstitutun direktoru Andreas Virşinqin sözlərinə görə, satış gözlənilən göstəricini 20 dəfə üstələyib və yeni nəşr müəlliflərinin nəzərdə tutduğu 4 min əvəzinə 85 min kitab satılıb.

O, həmçinin qeyd edib ki, yanvarın sonunda altıncı tirajın buraxılması və kitabın başqa dillərə tərcümə olunması planlaşdırılır.

Qeyd edək ki, sözügedən kitab dünyanın bir çox ölkəsində qadağan olunub.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *