Obama Ərdoğana qulaq asdı
ABŞ prezidenti Barak Obama Şimali Karolinada müsəlman ailəsinin qətlini pisləyib, Agence France-Presse xəbər verir.
“ABŞ-da heç kim dini inancı, necə göründüyü yaxud kim olduğuna görə hücuma məruz qalmamalıdır”, - deyə, o, bildirib.
Qeyd edək ki, dünən Türkiə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da üç müsəlmanın qətlinə susmasına görə bu ölkənin rəhbəri Barak Obamanı tənqid etmişdi.
Ərdoğan bildirmişdi ki, siyasətçilər ölkələrində baş verən hadisələrə görə məsuliyyət daşıyırlar və baş verənlərə münasibətlərini açıq şəkildə bəyan etməlidirlər.
Xatırladaq ki, fevralın 10-da axşam saatlarında ABŞ-ın Kaliforniya ştatının Çapel-Hill şəhərinin sakini Kreyq Stiven Hiks üç nəfərdən ibarət müsəlman ailəsini güllələyib.
Onun qurbanları 23 yaşlı Şeddi Bərəkət, onun 21 yaşlı həyat yoldaşı Yusor Məhəmməd və 19 yaşlı bacısı Razan Məhəmməd əbu-Şalla olublar.
Mənbə:> Oxu.Az