ABŞ və İran Türkiyədəki səfirliklərini bağlayırlar
Silahlı hücumdan sonra ABŞ-ın Ankaradakı səfirliyi, İstanbul və Adanadakı konsulluqları bağlanılır.
Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Diplomatik missiyaların nə qədər bağlı qalacağı məlum deyil.
İranın Türkiyədəki səfiriliyi də ölkənin bir neçə şəhərində yerləşən konsulluqlarının müvəqqəti olaraq bağlanıldığını bildirib.
Dekabrın 19-da Ankaranın Müasir Sənətlər Mərkəzində təşkil edilən rəsm sərgisinin açılışı mərasimində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova hücum olub. Rusiyalı diplomat ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı yaralardan dünyasını dəyişib.
Mənbə:> Oxu.az