Malena Mard: Aİ Azərbaycanla münasibətlərdə gələn ilə böyük ümidlər bəsləyir
“Bu il Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm əhəmiyyət kəsb edir”.
Aznews.info Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard jurnalistlərə açıqlamasında deyib.
“Məhz 2016-cı ildə Azərbaycanla yeni hüquqi səviyyədə əlaqələr qurmaq qərarına gəldik. Çünki hazırda münasibətlərimizin əsaslandığı siyasi müstəvi 1996-cı ildə yaradılıb”, - deyə M.Mard bildirib.
Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında daha dərin əməkdaşlığın yaradılması üçün yeni siyasi müstəvini yaratmaq və razılaşdırmaq lazımdır.
Səfir Aİ-nin müxtəlif səfərlərin nəzərdə tutulduğu 2017-ci ilə böyük ümidlər bəslədiyini vurğulayıb.
“İdarəetmə, iqtisadiyyat, demokratiya, energetika məsələləri üzrə müzakirələrə böyük önəm veririk”, - deyə o əlavə edib.
Mənbə:> Report.az