Hələbdə 18 min sakin təxliyyə edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Hələbdə 18 min sakin təxliyyə edildi

Hələbdə 18 min sakin təxliyyə edildi


Hələbin yaraqlıların nəzarətində olan rayonlarından bir sutka ərzində 18 min sakin təxliyyə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Suriyada Müharibə tərəflərinin barışdırılması mərkəzinə istinadən TASS məlumat yayıb.

“Son sutka ərzində Hələbin yaraqlıların nəzarəti altında olan rayonlarından Rusiyanın Müharibə tərəflərinin barışdırılması mərkəzinin vasitəçiliyi ilə 17 min 971 şəhər sakini, o cümlədən də 7542 uşaq təxliyyə edilib”, - məlumatda deyilir.

Həmçinin 28 yaraqlının tərki silah olduğu və şəhərin qərb hissəsinə çıxdığı bildirilib.

“Suriya prezidentinin qəbul etdiyi qərara əsasən, onların hamısı əfv edilib”, - mərkəzdən verilən məlumatda deyilir.

Daha öncə Suriya ordusu Dəməşq və İdlib əyalətlərinin bir sıra rayonlarında hərbi əməliyyatları birtərəfli qaydada dayandırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *