Rusiyalı nazir Azərbaycana gəlir
Rusiya təhsil və elm naziri Dmitri Livanov Azərbaycana səfər edəcək.
Aznews.info “Report”a istinadən xəbər verir ki, noyabrın 28-də baş tutacaq səfərin əsas məqsədi Azərbaycan və Rusiya ali məktəblərinin məzunlarına həsr olunan konfransda iştirak etməkdir.
D.Livanov səfər çərçivəsində həmçinin azərbaycanlı həmkarı Mikayıl Cabbarov və Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşəcək.
Mənbə:> Report.az