Rusiya ordusu itki verdi – VİDEO
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində itki verməsi ilə bağlı faktları ifşa edib.
ANS PRESS-in məlumatına görə, UTX-nın əks-kəşfiyyatı rus hərbçilərin Ukrayna ərazisində döyüşdüyünü təsdiqləyən səsyazısı əldə edib.
"Səsyazısında separatçıların iki nümayəndəsi bir-birilə söhbət edir. Onlar rus əsgərlərin həlak olduğunu deyirlər. Rusiya tərəfi isə bunu məharətlə gizlətməyə çalışır. Bizim əlimizdə ölən rus hərbçilərin sənədləri var", - deyə UTX-nın açıqlamasında bildirilir.
Qeyd edək ki, son aylar Ukraynada vəziyyət yenidən gərginləşib. Belə ki, ölkənin şərqində şiddətli döyüşlər gedir. Hər iki tərəfdən itkilər var.
Mənbə:> ANSPRESS