Putinə eşq mahnısı oxudu – VİDEO
Rusiyalı müğənni ölkə perzidenti Vladimir Putinə mahnı yazıb.
ANS PRESS-in məlumatına görə, Novosibirskli gənc müğənni Maşani RF prezidenti Vladimir Putinin şərəfinə məhəbbət mahnısı oxuyub.
“Moy Putin” (“Mənim Putinim”) adlı mahnı dinləyicilər tərəfindən olduqca maraqla qarşılanıb.
Müğənni yazmış olduğu mahnıda Putinin özünə olan inamından söz açır, onu tərifləyir.
Mahnıda bu sözlər səslənib:
“Sən yolu görürsən,
küləyə doğru gedirsən.
Bu risklidir, amma sən özünə inanırsan
və hər zaman inanacaqsan.
Sən Putinsən, hə, sən Putinsən
Mən səninlə olmaq istəyirəm,
Sənə deyirəm ki,
Putinim mənim, sevimli Putinim,
Məni yanında saxla,
Mən səninlə olmaq istəyirəm.”
Klipdə Maşani iki fərqli geyimdə izləyici qarşısına çıxır. İlk olaraq Rusiya dövlət bayrağının rənglərində geydiyi geyimlə baxçada mahnı oxuyan müğənni, daha sonra Ukrayna bayrağı rənglərində geydiyi geyimdə isə uçmuş divarlar arasında mahnı oxuyur.
Klip bir neçə gün ərzində milyonlarla internet istifadəçisi tərəfindən izlənib.
Mənbə:> ANSPRESS