TürkPA: Azərbaycandakı referendumda heç bir qanun pozuntusu olmayıb
Referendumda heç bir qanun pozuntusu baş verməyib. Bəzi texniki nasazlıqlar ola bilər, amma bunlar seçki prosesinə heç bir təsir etməyib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu TürkPA müşahidə missiyasının üzvü, Türkiyə parlamentinin deputatı Haluk İpək deyib.
Missiyanın gəldiyi nəticəni açıqlayan H.İpək bildirib ki, referendum beynəlxalq standarlara uyğun keçirilib.
O qeyd edib ki, referendumda səs vermək üçün bütün vətəndaşlara eyni şərait yaradılıb. Referendumun təşkilatçılığı yüksək səviyyədə olub. Referendumda yüksək seçiçi fəallığı da müşahidə edilib.
TürkPA-nın baş katibi Jandos Asanovun sözlərinə görə, TürkPA beynəlxalq müşahidəçilər missiyası sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun qısamüddətli monitorinqini həyata keçirib. Missiya Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament üzvləri, eləcə də TürkPA Katibliyinin nümayəndələrindən ibarətdir.
Referendumu izləmək üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edən J.Asanov referendum prosesini Bakının bır sıra seçki məntəqələrində müşahidə etdiklərini söyləyib.
Mənbə:> Oxu.az