Putin Amerika maraqları üçün ən böyük təhlükə adlandırılıb
ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri Cozef Danford Rusiyanın təcavüzkar hərəkətlərini ölkənin milli maraqları üçün ən böyük potensial təhlükə adlandırıb.
AzNews.info “Report”-a istinadan xəbər verir ki, bu barədə “Amerikanın səsi" məlumat yayıb.
"Rusiya prezidenti Vladimir Putinin Ukrayna, Krım, Gürcüstandakı hərəkətlərinə baxdıqda, bu mənə deməyə əsas verir ki, Rusiyanın davranışları və mühüm qaynar nöqtələrdə silahlanma həcmi onları bizim üçün əsas çağırışa və ABŞ-ın milli maraqları üçün ən böyük potensial təhlükəyə çevirir", - deyə o bildirib.
Mənbə:> Report