Obama real güc anlayışı haqqında danışdı
ABŞ prezidenti Barak Obama “The Atlantic” dərgisinə müsahibəsində Rusiyanın dünya siyasətindəki hərəkətlərini şərh edərkən əsl güc anlayışı haqqında danışıb.
Oxu.Az xəbər verir ki, amerikalı lider Ukraynanın cənub-şərqindəki münaqişə və Moskvanın Suriyadakı anti-terror əməliyyatında iştirakı mövzusuna toxunub.
“Real güc odur ki, siz istədiyinizə zorakılığa əl atmadan nail ola bilirsiniz. Ukrayna müstəqil ölkə kimi göründüyü, əslində isə kleptokratiya olduğu vaxtlarda Rusiya daha güclü idi”, - deyə, Obama bildirib.
Amerika prezidenti bildirib ki, Ukrayna NATO-ya daxil olmayan ölkə kimi Birləşmiş Ştatların nə etməsindən asılı olmayaraq, Moskvanın hərbi gücü qarşısında həmişə zəif olacaq.
Ağ Ev sahibinin fikrinə görə, Kiyev Rusiyanın başlıca maraqları siyahısına daxildir, ABŞ-ın yox.
Mənbə:> Oxu.Az