Ermənistanda dalğalanan yeganə Azərbaycan bayrağı
Ermənilərin işğalçılıq siyasəti nəticəsində Ermənistanla Azərbaycan arasında bütün diplomatik münasibətlər pozulsa da, Ermənistanda bir yerdə Azərbaycan bayrağı dalğalanır.
Həmin yer İrəvandakı “Ararat” konyak zavodunun sexlərindən birindədir. Bu bayraq “Sülh Çəlləklər”inin yanındakı yeganə Azərbaycan bayrağıdır.
Konyak dolu çəllək bura 1994-cü ildə, mayın 12-də Dağlıq Qarabağda gedən müharibənin dayandırılması məqsədilə atəşkəs haqqında Bişkekdə saziş imzalanandan sonra qoyulub.
Ermənilərin iddiasına görə, həmin çəlləyin ağzı Qarabağ münaqişəsi birdəfəlik həll olunandan sonra açılacaq. Hətta hamı bu çəlləyin tez açılmasını və oradakı konyakın içilməsini istəyir.
Mənbə:> Admiral.az