Faciəmiz türk mediasında
“O gecə Azərbaycanın yeni dönüş nöqtəsi idi”. ANS PRESS-in məlumatına görə, bu sözlər Türkiyənin “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanın “Bakıfilm” studiyasının istehsalı olan “Qanlı Yanvar” filminə həsr etdiyi bü günkü məqaləsində yer alır.
“25 illik matəm qürur tarixidir”, - deyə vurğulanan məqalə aşağıdakı cümlələrlə başlayır: “Tam 25 il əvvəl o qanlı gecəni Azərbaycan xalqı yaşadı. Sovet ordusu Qarabağın Azərbaycandan qopardılma siyasətinə, o zamankı sovet lideri Mixail Qorbaçovun Azərbaycan əleyhinə siyasətinə etiraz edən insanlara - Sovet İttifaqının öz vətəndaşına silah qaldırmasına inana bilməyən insanların üstünə o gecə silah çəkdi. Mülki vətəndaş, silahsız insanlar Bakı küçələrində, Azadlıq Meydanında qətl edildi”.
Daha sonra Sevil Nuriyeva filmin müəllifindən danışıb: “Azərbaycan rejissoru Vahid Mustafa Yev bu fəlsəfəni özü ilə daşıyan tarixi kino ekranında əks etdirdi. 25 il sonra ilk dəfə o gecə kinonun dili ilə yeni nəslə təqdim edildi. “Qanlı Yanvar” adlı bu film Azərbaycanda böyük marağa və əks-sədaya səbəb oldu”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
Mənbə:> ANSPRESS