Sovet imperiyası bu səbəbə görə dağılıb – İNANILMAZ VİDEO
ABŞ-da hazırlanan bir videoda ay proqramı üzrə SSRİ üzərində qazanılan qələbənin səbəbləri izah edilib.
Ay proqramında SSRİ-nin uğursuzluqlarının göstərildiyi video "YouTube”da "Curious Droid” kanalında yerləşdirilib.
Ekspertlərin sözlərinə görə, ay proqramı üzrə əsas işlər SSRİ lideri Nikita Xruşov tərəfindən konstruktor Vladimir Çelomeyuya etibar edilmişdi. Onun isə həmkarı Sergey Korolyov ilə gərgin münasibətləri var idi. Həmçinin, super ağır çəki üzrə raket layihəsi üçün təxminən 30 konstruktor bürosu arasındakı rəqabət vəziyyəti ağırlaşdırırdı.
ABŞ-da isə ay proqramı üzrə əsas işlər vahid rəhbərlik altında bir neçə şirkət tərəfindən aparılırdı.
Qeyd edək ki, amerikalılar Aya ayaq basan ilk və hələlik yeganə insanlardır. 20 iyul 1969-cu ildə Apollo-11 kosmik gəmisi Ayın üzərinə enib. SSRİ N1 super ağır çəkili raketin köməyi ilə Aya uçmağı planlaşdırırdı. Lakin edilən hər dörd cəhd uğursuz olub.
Mənbə:> Publika.az