ABŞ-dan Türkiyənin başlatdığı əməliyyata reaksiya
Amerikanın yüksək səlahiyyətli nümayəndəsi ABŞ-ın Türkiyənin Cerablusta başladığı əməliyyatı dəstəkləyəcəyini ifadə edib. Bizimyol.info "Reuters" xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ-səlahiyyətli nümayəndəsi ABŞ-ın Türkiyənin Cerablus əməliyyatına havadan dəstək verəcəyini, havadan qorunmanı təmin edəcəyini və planlamalarda Türkiyə ilə koordinasiya quracağını deyib.
ABŞ Dövlət Departamentininsözçüsü Mark Toner də mətbuat konfransında Türkiyənin YPG və IŞİD hədəflərini bombardman etməsilə bağlı suala cavab verib. O, Türkiyənin səlahiyyətli nümayəndələri ilə yanaşı, Suriya Demokratik Qüvvələrinin təmsilçiləri ilə də əlaqə qurduğunu bildirib: "Bu məsələdə türklərlə yanaşı, Suriya Demokratik Qüvvələri nümayəndələri ilə əlaqə qururuq. Təzyiqin yuxarı qalxmamasını təmin etməyə çalışdığımızı deyə bilərəm. Hər iki tərəfə də xatırlatmaq istəyirəm ki, ortaq düşmən IŞİD-dirvə ona qarşı mqbarizə aparılmalıdır".
Mənbə:> Bizimyol.info