Yıldırım müdafiə naziri ilə Elazığa gedir
Türkiyənin Baş naziri Binəli Yıldırım terror aktının baş verdiyi Elazığ vilayətinə gedəcək.
Axar.az xəbər verir ki, Yıldırımla bərabər, Müdafiə naziri Fikri İşıq da hadisə yerinə baş çəkəcək.
Xatırladaq ki, bu gün Türkiyənin Elazığ vilayətindəki polis məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 140 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.
Mənbə:> Axar.az