Şəhidin xanımı nazirdən dəstək istədi » AzNews.info -Xəbər portalı

Şəhidin xanımı nazirdən dəstək istədi – YENİLƏNİB

Şəhidin xanımı nazirdən dəstək istədi


Bu ilin aprel döyüşlərində şəhid olan Rəhim Tağıyevin xanımı Vüsalə Tağıyeva bu gün informasiya agentliklərinə üz tutaraq ərinin ölüm kağızının hələ də ala bilməməsi ilə bağlı məmurlardan şikayətlənib.

Oxu.Az şəhid xanımının şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayıb.

E.Babayevin sözlərinə əsasən, nazirliyə Rəhim Tağıyevin şəhidlik statusu ilə bağlı Müdafiə Nazirliyindən hər hansı bir sənəd daxil olmayıb.

“Nazirliyə belə bir sənəd daxil olan kimi Vüsalə Tağıyeva və övladları müvafiq qaydada və operativ şəkildə müavinətlə təmin ediləcəklər”, - deyə nazirliyin sözçüsü bildirib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna Müdafiə Nazirliyi hələ cavab verməyib.

13:29

Briqada komandiri, polkovnik-leytenant Raquf Orucovun ailəsindən sonra Müdafiə Nazirliyinin şəhidlərə münasibətindən daha bir ailə şikayet edib.

Oxu.Az bizimyol.info-ya istinadən xəbər verir ki, bu ilin aprel döyüşlərində ağır şəhid olan Rəhim Tağıyevin xanımı Vüsalə Tağıyeva deyir ki, o səhhətində problemləri olmasına baxmayaraq günlərdir məmurların əlində oyuncağa dönüb.

Şəki, Mingəçevir və Bakıdakı məmurlar arasında qaldığını deyən xanım indiyə qədər ərinin ölüm kağızını ala bilmədiyini söyləyib.

Bu başqa sözlə həm də o deməkdir ki, Müdafiə Nazirliyinin sənədlərini yubatdığı növbəti şəhid ailəsi həm də dövlətin onlar üçün nəzərdə tutduğu müavinətləri əldə edə bilmir.

Vüsalə Tağıyeva söyləyir ki, Mingəçevir şəhər içra hakimiyyətindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarəsindən ona bildirilib ki, məsələnin həlli yolu ancaq Müdafiə Nazirliyinin sənədləri təcili olaraq göndərməsindən keçir.

Şəhid xanımı günlərdir əlaqə saxlasalar da nazirlikdən rəsmi cavab ala bilmədiklərini söyləyib. O, bu baradə danışmaqdan mənəvi əziyyət çəkdiyini söyləyib.

“Adamı bu qədər alçaldıb heçə saymaq olmaz!”, - deyə etirazını bildirən xanım, şəhid adı vermək istəmirlərsə də biz desinlər sakitləşib oturaq, ancaq belə sayğısızlıq olmasın. “Məni həyat yoldaşım, üç balamın atası idi o”, - deyə V.Tağıyeva bildirib.

Xatırladaq ki, briqada komandiri, polkovnik Raquf Orucovun ailəsi ilə bağlı məsələ gündəmə gətirilən kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məsələyə müdaxilə edərək, problemi iki gün ərzində həll edə bilmişdi.

İndi Vüsalə Tağıyeva da bu müraciətində eynii məsələyə görə həm də nazir Səlim Müslümovdan ailəsinə və övladlarına dəstək gözlədiyini bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *