Səfir: Rusiyadan Türkiyəyə turist axını başlayıb
“Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi ölkə vətəndaşlarının hüquqlarını məhdudlaşdırmır”.
AzNews.info “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib.
Səfir qeyd edib ki, bir müddət əvvəl Rusiya ilə yaranan problemlərə görə Türkiyəyə turist axınında azalma olub və bu rəqəmlərlə təsdiqlənir:
“Amma iki ölkə arasında olan problem həll olunub. Artıq ikitərəfli reyslərimiz bərpa edilib. Rusiyalı turistlər artıq Türkiyənin kurort şəhərlərinə səfər edirlər. Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi turist axınına təsir etməyib. Hazırda Türkiyədə vəziyyət sabitdir. Fövqəladə vəziyyət Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə məqsədilə elan edilib”.
Mənbə:> Report