Türkiyədə çevriliş cəhdi nəticəsində ölənlərin ailələri kompensasiya alacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Türkiyədə çevriliş cəhdi nəticəsində ölənlərin ailələri kompensasiya alacaq

Türkiyədə çevriliş cəhdi nəticəsində ölənlərin ailələri kompensasiya alacaq


Türkiyə hökuməti hərbi çevriliş cəhdi nəticəsində ölən və xəsarət alanların ailəsinə kompensasiya ödəyəcək.

Oxu.Az-ın “CNN Türk” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Süleyman Soylu bildirib.

Nazirin sözlərinə görə, mülki və xidmət çəkən şəxslərin ailələri 240 min lirə məbləğində (79 min dollar) birdəfəlik kompensasiya alacaqlar.

Bundan başqa, onlara hər ay 3,2 min lirə (1000 dollaradək) müavinət veriləcək, həmçinin, ailənin iki üzvü daimi işlə təmin olunacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 246 nəfər (qiyamçıları çıxmaq şərti ilə) həlak olub, 2 mindən çox şəxs yaralanıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *