Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Görüşdə iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.
Bu barədə Oxu.Az–a Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Mənbə:> Oxu.az