Peskov Ərdoğana qiyam haqqında xəbərdarlığı təkzib etdi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyədə hazırlanan dövlət çevrilişinə dair Moskvanın xəbərdarlıq etməsi barədə informasiyası olmadığını etiraf edib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Məndə belə informasiya yoxdur və Fars agentliyinin hansı mənbələrə istinad etdiyini bilmirəm”, - Peskov deyib.
Jurnalistlər Ərdoğana Rusiya tərəfindən yardım edildiyinin həqiqətəuyğun olduğu barədə sual veriblər.
Bu ərəfədə İranın Fars agentliyi ərəb KİV-nə istinadən Moskvanın Türkiyədə çevrilişdən bir neçə saat öncə Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq etdiyi barədə məlumat yayıb.
Mənbə:> Oxu.az