Vahid Mustafayev və Mirşahinin prokurorluqda izahatları alındı » AzNews.info -Xəbər portalı

Vahid Mustafayev və Mirşahinin prokurorluqda izahatları alındı – FOTO

Vahid Mustafayev və Mirşahinin prokurorluqda izahatları alındı


“ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alınıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat veriblər və daha sonra sərbəst buraxılıblar.

Ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib.

Telekanalın əməkdaşları televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qeyd edilənlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Vahid Mustafayev və Mirşahinin prokurorluqda izahatları alındı
Vahid Mustafayev və Mirşahinin prokurorluqda izahatları alındı
Vahid Mustafayev və Mirşahinin prokurorluqda izahatları alındı

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *