Prezidentlik müddəti artırılır: 5 ildən 7 ilə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Sosial

Prezidentlik müddəti artırılır: 5 ildən 7 ilə

Prezidentlik müddəti artırılır: 5 ildən 7 ilə


Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə referendum aktı imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, təklif edilən layihədə bir neçə maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub.

Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.

Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezident vaxtından əvvəl vəzifədən getdikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.

Bundan başqa, birinci vitse-prezidentin və vitse-prezidentlərin toxunulmazlığı, onların və ailələrinin dövlət tərəfindən təminatı və təhlükəsizliklərinin xüsusi mühafizə xidmətləri tərəfindən təmin edilir.

Təklif edilən dəyişiklərlə Konstitusiyaya Milli Məclisin buraxılması ilə bağlı yeni maddə əlavə edilir. Bununla da, prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Layihəyə görə, Milli Məclis Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə, prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə heyətinin üzvlüyünə namizədləri 2 dəfə təqdim etdikdən sonra təsdiqləmədikdə, konstitusiyada nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə prezident tərəfindən buraxılması nəzərdə tutulur.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *