Birinci xanımın təşəbbüsü ilə 3500 məhkum azadlığa çıxacaq
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib.
AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Amnistiya aktı təşəbbüsü 28 May Müstəqillik günü ilə bağlıdır. Z. Əsgərov qeyd edib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.
Mənbə:> Azvision.az