Sarkisyan təcili iclas keçirir
Ermənistan prezidenti Serj Sarkisyan bu dəqiqələrdə Təhlükəsizlik Şurasının və hüquq-mühafizə orqanları rəhbərlərinin iclasını keçirir.
Bu barədə Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata əsasən, iclasda qeyd olunub ki, hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir və polis idarəsinə hücumla bağı Yerevandakı vəziyyəti nizamlamaq üçün zəruri tədbirlər görməyə hazırdır.
Qeyd edək ki, bu gün səhər saatlarında bir qrup silahlı şəxs Yerevan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.
Silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.
Mənbə:> Oxu.Az