Türkiyədə Yunanıstana qaçan qiyamçıları mühakimə edirlər – FOTO
Yunanıstandan sığınacaq istəyən səkkiz türk hərbçisi vətənə qaytarılıb və məhkəmə qarşısına çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Milliyet qəzeti yazır.
Nəşr bildirir ki, iki mayor, bir kapitan və beş əsgər ölkədə hərbi çevrilişə cəhddə ittiham olunurlar.
Hərbçilər Türkiyədə baş verən son hadisələrlə bağlı əlaqəli olduqlarını inkar edirlər.
Mənbə:> Oxu.Az