TRT-nin baş direktoru açıqlama verdi – “inanmayın!”
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, TRT-nin baş direktoru Şenol Goka vətəndaşları bu kanalda gedən məlumatlara inanmamağa çağırıb.
"Vətəndaşlarımız TRT-dən verilənlərə etibar etməsin. Onların hamısı saxtadır. Əvvəlcədən hazırlanaraq yayımlanmışdır. İçəridə bir qrup hərbçi var. Onları da ən qısa zamanda vicdana dəvət edirəm. Onlar da inşallah əllərində olan bildirilər mövzusunda ağıllarını başlarına toplayırlar" – deyə Ş.Goka bildirib.
Mənbə:> Bizimyol.info