İrəvanın Qarabağda snayperləri işə salmasının dörd mühüm səbəbi » AzNews.info -Xəbər portalı

İrəvanın Qarabağda snayperləri işə salmasının dörd mühüm səbəbi – ŞƏRH

İrəvanın Qarabağda snayperləri işə salmasının dörd mühüm səbəbi


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslər davam edir. Prezidentlərin Sankt-Peterburq görüşündən sonra növbəti görüşün Parisdə olacağı gözlənilir. Bununla yanaşı, Rusiya da münaqişə ilə bağlı aktiv danışıqlar aparmaqdadır. Belə ki, dünən İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın günlərdə Bakıya səfəri gözlənilir. Rusiya mediası S.Lavrovun İrəvanda Ermənistan rəhbərliyi ilə Qarabağ məsələsi üzrə qeyri-rəsmi görüşlər keçdiyini yazıb. Bütün bunlar, münaqişənin həlli istiqamətində hansısa addımların atdıldığına işarədir.

Lakin Vyanada, daha sonra Sankt-Peterburqda atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı razılığa gəlinməsinə baxmayaraq, Ermənistan tərəfinin cəbhədə təxribatları səngimək bilmir. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, iyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Bu, danışıqlar masasında atəşin dayandırılmasından danışan, lakin cəbhədə snayperləri işə salan Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini bir daha göstərir.

İrəvanın Qarabağda snayperləri işə salmasının dörd mühüm səbəbi


Politoloq Arzu Nağıyev Admiral.Az-a açıqlamasında bildirib ki, Ermənistanın əsas məqsədi Dağlıq Qarabağı tərəf kimi qəbul etdirməkdir:

“Azərbaycan tərəfi öz üzərinə heç bir öhdəlik götürməyib. Bizim əsas məqsədimiz Dağlıq Qarabağla bağlı beynəlxalq xarakterli görüşlərdə iştirak etmək və ərazimizin bərpası ilə bağlı addımlar atmaqdır. İstər Vyana, istərsə də Sankt-Peterburq görüşlərində əsas məsələ verilmiş vaxt idi ki, bu vaxt ərəfəsində də əsas məqsəd atəşkəsə nail olunması idi. Lakin ermənilər hər zaman atəşkəsi pozmaqla məşğuldurlar. Görüşlərdəki atəşkəslə bağlı razılaşmalara baxmayaraq, yenə son günlər atəşkəsin hər gün pozulmasına rast gəlirik”.

Onun fikrincə, burada bir sıra səbəblər var:

“1.Status-kvonu saxlamaq, danışıqlar prosesinə mane olmaq.

2. Serj Sarkisyan cəbhədə təxribatlara əl ataraq, öz hakimiyyətini saxlamağa çalışır.

3. Atəşkəs yalnız Ermənistanın iradəsilə pozulmur. Ermənistanın öz daxilində nəzarət edə bilmədiyi qüvvələr də var. O səbəbdən də hər zaman atışmaların olacağı gözləniləndir.

4. Ermənilər cəbhəboyu ərazilərdə atəşkəsi pozmaqla Azərbaycanı daha böyük müharibələrə sürükləmək istəyirlər. Rusiyanın 2 böyük diviziyası Ermənistan ərazisinə dislakasiya olub. Ermənilərin məqsədi bu cür xırda oyunlarla Azərbaycanı Rusiya ilə də müharibəyə sürükləməkdir”, - deyə o bildirib.

Son vaxtlar müharibənin olacağı ilə bağlı irəli sürülən fikirlərə gəlincə, politoloq qeyd edib ki, söhbət lokal müharibələrdən gedə bilər:

“Böyük müharibələrin olacağı mümkünsüzdür. Çünki bu, regionda heç kimə sərf etmir”.


İrəvanın Qarabağda snayperləri işə salmasının dörd mühüm səbəbi


A.Nağıyev hesab edir ki, hazırda Rusiya münaqişənin həllindən ikiəlli yapışıb:

“Səbəb bu ölkənin özünü dünyada sülhsevər qüvvə kimi göstərməsi və regionda öz nüfuzunu saxlamaqdır. ABŞ və Fransa, hər ikisində seçkilər olacaq. Hər iki ölkədəki iqtidarlar davam edən münaqişələri həll etmədən hakimiyyətdən getmək istəmirlər. Məhz buna görə də, burada nüfuz savaşı, təşəbbüs davası gedir. Hər kəs bilir ki, siyasi və iqtisadi layihələrə qoşulmaq üçün ən əsas təhlükəsizlik təmin olunmalıdır. Bunun da özəyində Dağlıq Qarabağ münaqişəsi durur. Bu məsələdə yalnız ən böyük narazı tərəf Ermənistandır. Azərbaycanın bir yolu vardır ki, o da hərbi yolla öz ərazilərini azad etməkdir. Sonra da digər rayonlar və status-kvo həll oluna bilər. Biz sülh tərəfdarıyıq. Ermənilər isə bu addımı atmaq istəmir. Dağlıq Qarabağ ətrafında gedən döyüşlər isə regionda heç bir dövlətin mənafeyinə xidmət etmir. Ancaq kiçik həcmli qarşıdurmalar labüddür və olacaq da”.

Mənbə: Admiral.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *