İlham Əliyev: Bizə heç kim şərt qoya bilməz » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

İlham Əliyev: Bizə heç kim şərt qoya bilməz

İlham Əliyev: Bizə heç kim şərt qoya bilməz


Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz.

Oxu.Az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib.

Dövlət başçısı deyib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır:

“BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı 4 qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasından daha ali beynəlxalq orqan yoxdur və bu qətnamələrdə göstərilir ki, erməni silahlı birləşmələri dərhal və qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır və çıxarılacaq.

Ona görə, budur məsələnin həll yolları. Heç vaxt Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və bu, danışıqlar mövzusu deyil, heç vaxt olmayıb.

Məsələ mərhələli yolla öz həllini tapa bilər və əminəm ki, biz məsələni bu yolla həll edə bilərik. Ancaq əlbəttə ki, burada işğalçı Ermənistana beynəlxalq vasitəçilər və geniş mənada beynəlxalq birlik tərəfindən daha da ciddi təzyiq göstərilməlidi.”.

Prezident İlham Əliyev bildirib ki “aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb:

“Təbii ki, onların heç biri qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz. Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub.

Vyana görüşü Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirilib. Hesab edirəm ki, Vyana görüşünün müsbət nəticələri olub. Yəni, Ermənistan tərəfinin qoyduğu şərtlər qəbul edilmədi. Azərbaycan tərəfi Vyanada hər hansı bir sənədə imza atmadı. Sadəcə olaraq, həmsədr ölkələr öz bəyanatını verdilər, bu, onların bəyanatıdır”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *