Robert Sekuta prezidentlərin görüşünü şərh etdi
Sankt-Peterburqda prezidentlərin görüşü zamanı danışıqlarda əldə olunmuş müsbət tempi, təkanı alqışlayırıq.
Oxu.Az-ın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, bu müsbət irəliləyiş ABŞ-ın Vyanada vasitəçiliyi və Minsk qrupu həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır.
“Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar ki, burada əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir”.
Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın prezidenti Serj Sarkisyanın görüşü keçirilib.
Mənbə:> Oxu.Az