Makkeyndən ittiham: “Obama günahkardır”
Orlandoda gecə klubunda baş verən faciənin tək günahkarı ABŞ Prezidenti Barak Obamadır.
Axar.az Vaşinqton Post-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ senatoru Con Makkeyn çıxış edib. Onun sözlərinə görə, Orlandoda baş verən faciə ABŞ-ın İraqda apardığı əməliyyatların cavabıdır:
“Bütün baş verənlər ABŞ-ın Obamanın rəhbərliyi ilə İraqda, Suriyada apardığı uğursuz əməliyyatlardan doğur. Uğursuz əməliyyatların hamısına görə məsuliyyəti birbaşa Obama daşıyır”.
Xatırladaq ki, iyunun 12-də Florida ştatının Orlando şəhərində gecə klubuna silahlı basqın zamanı 50 nəfər həyatını itirib, 53 nəfər yaralanıb.
Mənbə:> Axar.az