İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.
AzNews.info Report-a istinadən xəbər verir ki, bununla bağlı qərar Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında qəbul olunub.
İclas iştirakçıları qərarı yekdilliklə qəbul ediblər.
İclasda Əlaqələndirmə Şurasının yeni tərkibi də formalaşdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə şuranın icraçı katibi seçilib.
Mənbə:> Report.az