Prezident xəstəxanaya yerləşdirildi
Argentina Prezidenti Maurisio Makri ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, həkimlər 57 yaşlı prezidentin həyatı üçün təhlükə olmadığını bildirib.
Qeyd edək ki, prezidentin səhhətində problemin yaranması ilə bağlı xəbərlər ötən gündən yayılmağa başlayıb. Lakin dövlət rəsmiləri bunu təkzib edirdi.
Mənbə:> Axar.az