Prezident Administrasiyası əməkdaşının adı ilə dələduzluq edən şəxs saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Kriminal

Prezident Administrasiyası əməkdaşının adı ilə dələduzluq edən şəxs saxlanıldı

Prezident Administrasiyası əməkdaşının adı ilə dələduzluq edən şəxs saxlanıldı


Zərdab rayonunda dələduzluq edən şəxs tutulub.

AzNews.info xəbər verir ki, rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Alıcanlı kənd sakinlərinin şikayəti əsasında Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuş, Bakının Xutor qəsəbəsində kirayədə yaşayan 1960-cı il təvəllüdlü Müslüm Kəniş oğlu Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs özünü Azərbaycan Respublikası Prezident Administrasiyasının Xüsusi şöbəsinin işçisi kimi təqdim etməklə Zərdab rayonun Alıcanlı kənd sakinlərinin problemlərini həll edəcəyini vəd edib, onları aldadaraq pullarını alıb.

Həmin şəxsin Alıcanlı kənd sakini Arif Əsgərovun Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd edərək ondan 1000 manat, Niyazi Abbasovu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib 500 manat, Aqil Nəcəfova sosial yardım təşkil edəcəyini vəd edib 200 manat, Mahir Əsgərovun oğlunu Daxili Qoşunlarda işə düzəldəcəyini vəd edib ondan 500 manat pul aldığı bildirilib.

Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi açılıb. Müslüm Mustafayevin əvvəllər dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunduğu açıqlanıb.

Onun digər dələduzluq əməllərində iştirak edib-etmədiyi araşdırlır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *