MM İrəvanın ermənilərə verilməsi qərarına baxa bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

MM İrəvanın ermənilərə verilməsi qərarına baxa bilər

MM İrəvanın ermənilərə verilməsi qərarına baxa bilər


Əslində, Qarabağ faciəmiz İrəvan mahalı, Zəngəzur və digər torpaqlarımızın itkisi ilə başlayıb və daha geniş miqyas alıb.

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc danışıb. Deputat bildirib ki, 98 il öncə Azərbaycanın tarixi torpaqları üzərində o zamankı Osmanlı imperiyasının çöküşü və Rusiya imperiyasının süqutu, həmçinin Antanta dövlətləri ilə aparılan müharibə, I Dünya savaşının yekunları, “erməni məsələsi” - yəni Azərbaycan torpaqları hesabına ermənilərə dövlətçilik verilməsi tarixin ən mürəkkəb, ağrılı mərhələsidir:

“Tarix şüurumuzda bu bir tərəfdən müstəqil dövlətimizin qurulması ilə qalıbsa, digər tərəfdən çox mühüm ərazilərin itirilməsi ilə nəticələnib ki, bu da sonrakı faciələrin əsasını qoyub. Əslində, Qarabağ faciəmiz İrəvan mahalı, Zəngəzur və digər torpaqlarımızın itkisi ilə başlayıb və daha geniş miqyas alıb. Ona görə də bu gün Britaniya arxivlərində, Rusiyada, həmçinin Osmanlı dövründən sonrakı illərdə Türkiyə Cümhuriyyətinin diplomatik sənədləşmələrində, xüsusilə də o dövr Vudro Vilson hakimiyyəti və Amerikanın Qafqazlara gəlişi, regionda öz maraqlarını bərqərar etməyə başlaması ilə həmin ölkənin də siyasi, tarixi və diplomatik yazışmalarında Azərbaycan amilinin gerçəkləri aydın bir şəkildə görünür. İrəvanın Ermənistana mərkəz kimi verilməsi tarixi faktdır, danılmazdır. Bu fakt bizim üçün nə qədər faciədirsə, o biri tərəfdən də erməniləri ifşa edən, onların məhz Azərbaycan əraziləri hesabına dövlət qurmalarını, hətta o vaxt Osmanlı imperiyasının içərilərindən belə məlum xəyanətləri səbəbindən kütləvi şəkildə müxtəlif ərazilərə yerləşdirilmələrini açıq-aşkar sübuta yetirir. İrəvanın itirilməsi o zaman Azərbaycanda respublika quran və Şərqdə ilk demokratik ölkə bərqərar etməyə çalışan, lakin tarixin çox mühüm bir sınağında ordu birləşmələri və güclü silahlı qüvvələrə malik olmayan daxildəki hakimiyyətin də real vəziyyətini ortaya qoyur.

Biz indi kimlərisə suçlamaqdan çox uzağıq və Fətəli xan Xoyskinin verdiyi açıqlamalardan sonra Milli Şura üzvlərinin hansı formada səs vermələri, bu yöndə qərarları, bir tərəfdən Osmanlıdan Azərbaycana gələn kömək, digər yandan Türkiyə daxilində Amerikanın israrı ilə ermənilərə hansısa bir dövlət, muxtariyyət, yaxud da vilayət subyekti kimi tanınması qərarlarını sürüşdürərək bizim coğrafiyaya salınmağının da dəyərləndirmələri ilə məşğul ola bilmərik. Ancaq Azərbaycan bu gün itirilmiş torpaq amilini, Ermənistanın indiki bütün ərazilərinin Azərbaycana məxsus olması və həmin işğalçılıq siyasətinin bu gün də davam etdiyini sübuta yetirmək üçün çox mühüm tarixi faktlara malikdir”.

Deputatın fikrincə, Qarabağ məsələsi üzərində indi ciddi iddialarla çıxış edən və hərbi reallığı yüz il əvvəlki kimi qəbul etdirəcəyinə ümidvar olan qüvvələrin qarşısına İrəvan məsələsi ilə çıxmaq vacibdir:

“Azərbaycan Cümhuriyyətindəki məlum qərar kimi beynəlxalq müqavilələr konkret 99 illik dövr üçün bağlanır. Əslində isə İrəvanın ermənilərə verilməsi hətta qərarla da deyil, şifahi razılaşmadır. Milli Şuranın səsverməsindən sonra Ermənistanla konfederativ əsasda birləşmək məsələsi də qoyulmuşdu. O dövrdə həmin torpaqların ermənilərə verilməsinin, yaxud da Gümrü, İsgəndəriyyə əvəzinə İrəvanın seçilməsinin başlıca niyyəti ondan ibarət idi ki, Ermənistan adlı bir subyekt yaranmalı, bu coğrafiyada bir bəlanın əsası qoyulmalı və bu hibrid vasitəsilə sonra bölgə ələ keçirilməli idi. Lakin Ermənistan öz üzərinə öhdəliklər götürmüşdü ki, Zəngəzura, Qarabağa iddialar etməyəcək, Bakıdan hərbi qüvvələrini çıxaracaq və bir daha torpaq iddiası irəli sürməyəcək, azərbaycanlıları qətlə yetirməkdən geri duracaq. Başqa sözlə, ermənilər vədlərinə əməl etməyəcəyi halda İrəvanın verilməsi qərarı hüquqi qüvvəsini itirmiş olacaqdı. Ermənilər faktiki olaraq verdikləri vədə əməl etmədilər və bu fakt kifayətdir ki, İrəvanın ermənilərə paytaxt üçün verilməsi barədə qərar qüvvədən düşmüş hesab olunsun”.

Z.Orucun sözlərinə görə, Azərbaycan tarixi baxımdan İrəvan məsələsini hər zaman aktual şəkildə saxlamalıdır:

“Bu təkcə irəvanlıların yarada biləcəyi bir təşkilat, bir mühacir hökumətinə çevrilməməlidir, burada hər kəs iştirak etməlidir. Min illər ərzində bu torpaqlar məhz Azərbaycan türklərinə məxsus olub. Bunu yüz illər ərzindəki İrəvan xanlarının şəcərəsi də sübut edir, bütün tarixi, mədəni irs, o coğrafiyadakı nişanələr, folklor və mənbələr İrəvanın Azərbaycana məxsusluğundan xəbər verir. Ona görə də biz açıq-aşkar xarici siyasətimizdə, diplomatik təzyiq maşınımızda bu amili qorumalıyıq”.

Millət vəkili hesab edir ki, parlament səviyyəsində 100 il əvvəlki müqavilələrə, razılaşmalara yenidən qiymət verilməsi hüquqi baxımdan tamamilə doğrudur:

“Azərbaycan İrəvana hüquqi iddiasını göstərə bilər. Ermənilərin Erebuni adı ilə min illər əvvəl hansısa bir mifik şəxslərə o ərazini bağlamaları qeyri-mümkündür. Bu hadisənin 99 ilinin tamamına az qaldığını nəzərə alaraq, məsələnin Milli Məclisdə qaldırılması çox vacibdir. Mən də parlament üzvü kimi bu yöndə təşəbbüs göstərməyə hazıram”.

Qeyd edək ki, ötən gün saytımızda “İrəvan Ermənistana niyə verildi? – Şok tarixi sənəd” başlıqlı yazıda 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurasının qərarının surəti dərc olunub. Məqalədə tarixi Azərbaycan şəhərinin hansı şərtlər əsasında ermənilərə verildiyi öz əksini tapıb.

Bu cür müqavilələrin beynəlxalq səviyyədə qüvvəsinin 99 il müddətinə olduğu nəzərə alınaraq, sözügedən qərara Milli Məclisin yenidən baxmasının hüquqi əsasları mövcuddur.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *