Ermənilər Obamadan qondarma “soyqırım”ı tanımağı tələb edirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Ermənilər Obamadan qondarma “soyqırım”ı tanımağı tələb edirlər

Ermənilər Obamadan qondarma “soyqırım”ı tanımağı tələb edirlər

“Obamanın hələ vaxtı var”.

Amerikanın Ermənistan Milli Komiteti prezident Barak Obamanı Almaniyadan nümunə götürməyə və qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Almaniya bundestaqının “erməni soyqırımı”nı tanıması beynəlxalq ictimaiyyətin diqqətini ABŞ prezidenti Barak Obamanın Türkiyə siyasətini dəstəkləyərək cinayət faktını inkar etməsinə yönəldir”, - bəyanatda deyilir.

Təşkilatın rəhbəri Aram Qamparyanın sözlərinə görə, Almaniya bundestaqının qondarma “erməni soyqırım”ını rəsmən tanıması gələcəkdə Türkiyənin təcrid olunmasına töhfə verəcək.

“Obamanın Almaniyadan nümunə götürərək Türkiyə siyasətini rədd etmək və “erməni soyqırımı”nı tanımaq üçün hələ vaxtı var”, - o deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *